Maskerano Zanettinin rekordunu yenilədi

Maskerano Zanettinin rekordunu yenilədi
XƏBƏR 28 Mart 2018 / 22:15 3001
-  A +

İspaniya millisi ilə yoldaşlıq oyunu Argentina millisinin üzvü Xavyer Maskerano üçün əlamətdar olub.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, milli forma ilə 142-ci matçına çıxan 33 yaşlı yarımmüdafiəçi yığmada ən çox oyun keçirən futbolçu adına şərik olub. Maskerano bununla Xavyer Zanettinin rekordunu yeniləyib.

Qeyd edək ki, İspaniya – Argentina oyunu Cənubi amerikalıların 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Son xəbərlər