"İnanıram ki, yenidən bu şansı qazanacağam" - Şehiç

"İnanıram ki, yenidən bu şansı qazanacağam" - Şehiç
XƏBƏR 28 Mart 2018 / 20:39 4361
-  A +

“Rəqibi analiz edib, oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmalı idik. Çünki Seneqaldan daha çox qol imkanımız oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri Bosniya və Herseqovina millisi və “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib. Dünən yığmanın heyətində Seneqala qarşı 90 dəqiqə oynayan təcrübəli qolkiper komandasının çıxışından razı qalıb:

“İki yaxşı yoxlama oyunu keçirdik. Yeni məşqçilər korpusu ilə tanışıq. Hesab edirəm ki, bu komanda zamanla daha yaxşı oynayacaq. Kollektiv kimi daha da inkişaf edib, bizi qarşıda gözləyən böyük turnirə hazır olacağıq”.

Bolqarıstan və Seneqalla oyunlarda (1:0, 0:0) qapısını toxunulmaz saxlayan Şehiç yenidən milli komandaya dəvətə alacağına ümid edir: “Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır. Əsas odur ki, əsl komanda kimi oynadıq. Şadam ki, son 2 qarşılaşmada əsas heyətdə meydana çıxdım. İnanıram ki, yenidən bu şansı qazanacağam. Milli komanda ilə yaxşı nəticələrə imza atmaq istəyirəm”.

Son xəbərlər