PSJ-dən "Yuventus"un futbolçusuna 40 milyonluq təklif

PSJ-dən "Yuventus"un futbolçusuna 40 milyonluq təklif
XƏBƏR 28 Mart 2018 / 19:41 3804
-  A +

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını Fransada davam etdirə bilər.

Qol.az-ın xarici mətbuata istinadən məlumatına görə, onunla PSJ yaxından maraqlanır. Paris klubu təcrübəli futbolçuya 5 illik müqavilə və ümumilikdə 40 milyon avro təklif etməyə hazırlaşır. Bu məbləğ Pyaniçin “Yuventus”da qazandığından 2 dəfə çoxdur.

Ancaq futbolçu Turin klubunu tərk etmək istəmir. Elə “qoca sinyora” da aparıcı üzvünü buraxmaq niyyətində deyil. “Yuventus” rəhbərliyi yalnız 50 milyon təzminat ödəniləcəyi təqdirdə Pyaniçi buraxa biləcəyini açıqlayıb.

Son xəbərlər