Jezus "Mançester Siti"nin təklifindən imtina etdi

Jezus "Mançester Siti"nin təklifindən imtina etdi
XƏBƏR 28 Mart 2018 / 18:56 4743
-  A +

“Mançester Siti” Qabriel Jezusun müqaviləsini uzatmaq üçün braziliyalı hücumçu ilə razılığa gələ bilməyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “şəhərlilər”in həftəlik 90 min funtluq təklifi 20 yaşlı forvardı qane etməyib. Menecerinin sözlərinə görə, Jezus rəhbərlikdən ən azı 100 min funt-sterlinq tələb edir.

Qeyd edək ki, “Mançester Siti” Jezusun 2022-ci ilin yayına qədər olan müqaviləsinin müddətini daha 1 il artırmaq istəyir. Hazırkı anlaşmaya əsasən, Braziliya millisinin üzvü həftəsinə 65 min funt-sterlinq qazanır.

Daha çox


Son xəbərlər