“Oyun bizim üçün yaxşı alındı” - Ürfan Abbasov

“Oyun bizim üçün yaxşı alındı” -  Ürfan Abbasov
XƏBƏR 28 Mart 2018 / 00:41 2043
-  A +

Millimizin müdafiəçisi Ürfan Abbasov yoxlama oyunu çərçivəsində Makedoniyaya qarşı keçirilən matçdan danışıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin üzvü qarşılaşmanın uğurlu alındığını bildirib:

“Rəqibi yaxşı analiz etmişdik. Güclü futbolçulara malik olduqlarını bilirdik. Baş məşqçimiz Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Bu oyun bizim üçün yaxşı alındı. Bir neçə qol epizodu yaratsaq da, təəssüf ki, istifadə edə bilmədik. Reallaşdırsaydıq, nəticə fərqli olacaqdı”.

Daha çox


Son xəbərlər