Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirininin sonuncu - XIV turunda rusiyalı Vladimir Kramniklə qarşılaşacaq Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov görüşdən öncə maraqlı paylaşım edib.
Qol.az-ın məlumatına, 33 yaşlı qrossmeyster özünün "Feysbuk” səhifəsində bunları yazıb: "Gedək-görək, başımıza nə gəlir. Hər nə olur-olsun, çox sağ olun ki, varsınız və dəstəksiniz. İndi isə iş başına keçmək vaxtıdır. Uğurlar hamıya”.
Qeyd edək ki, turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. O, 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.
Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.
Bütün görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayır.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular