"Qələbə qazanmaq istəyirik" – Kamran Ağayev

"Qələbə qazanmaq istəyirik" – Kamran Ağayev
XƏBƏR 26 Mart 2018 / 18:18 3341
-  A +

"Baxmayaraq ki, yoxlama oyunudur, qələbə qazanmaq istəyirik. İnanıram ki, nəticə yaxşı olacaq".

Bu sözləri milli komandamızın qapıçısı Kamran Ağayev deyib. Sabah Antalyada Makedoniya ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi “CBC Sport” telekanalına danışan qolkiper uğurlu nəticə qazanmaq istədiklərini bildirib:

“Verilən tapşırıqları layiqincə yerinə yetirmək lazımdır ki, nəticə də uğurlu olsun. Əlbəttə, səviyyə baxımından Makedoniya Belarusdan daha üstündür. Bilirik ki, fərq olacaq. Amma qələbə üçün meydana çıxanda, əzmkar oyun nümayiş etdirəndə çətin olmur”.

Qeyd edək ki, Azərbaycan- Makedoniya oyunu Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Son xəbərlər