Qattuzo ilə yeni müqavilə - 2021-ə qədər

Qattuzo ilə yeni müqavilə - 2021-ə qədər
XƏBƏR 26 Mart 2018 / 15:17 3080
-  A +

“Milan” rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssisin müqavilə müddəti uzadılacaq. Yeni anlaşmaya əsasən, Qattuzo 2021-ci ilin yayına kimi “qırmızı-qaralar”ın sükanı arxasında qalacaq.

Qeyd edək ki, yeni müqavilənin martın 31-də “Yuventus”la keçiriləcək oyuna qədər imzalanacağı gözlənilir.

Son xəbərlər