"Kəpəz"in zədəliləri sıraya döndü

"Kəpəz"in zədəliləri sıraya döndü
XƏBƏR 26 Mart 2018 / 14:14 1504
-  A +

“Kəpəz”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən tez olub. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.

Daha çox


Son xəbərlər