Aquero "Mançester Siti"dən ayrılacağı vaxtı açıqladı

Aquero "Mançester Siti"dən ayrılacağı vaxtı açıqladı
XƏBƏR 26 Mart 2018 / 13:18 4416
-  A +

"Mançester Siti"nin hücumçusu Serxio Aquero gələcək karyerası haqda danışıb.

Qol.az-ın xəbərinə görə, Argentina millisinin üzvü Britaniya mətbuatına açıqlamasında müqaviləsi başa çatdıqdan sonra "şəhərlilər"dən ayrılacağını və vətəninə qayıdacağını deyib:

“Mançester Siti"də müqavilə bitənə kimi - 2020-ci ilə qədər oynayacam. Daha sonra isə Argentinaya dönəcəm və "İndependiente"də çıxış edəcəm".

Qeyd edək ki, Aquero 2003/2006-cı illərdə "İndependiente"də oynayıb. O, “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçmişdi.

Daha çox


Son xəbərlər