"Qvardiola qorxaq və itdir" - məşhur menecer

"Qvardiola qorxaq və itdir" -  məşhur menecer
XƏBƏR 26 Mart 2018 / 12:12 4401
-  A +

Məşhur menecer Mino Rayola “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı sərt tənqid edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Qvardiolanın insan kimi “sıfır” olduğunu deyib. Rayola ispaniyalı mütəxəssisi qorxaq adlandırıb:

“Qvardiola məşqçi kimi əla mütəxəssisdir, ancaq insanlığı “sıfır”dır. O, qorxaqdır, itdir. “Mançester Siti” bu il Çempionlar Liqasını qazansa, onun nə qədər yaxşı məşqçi olacağı barədə danışacaqlar. Bundan zəhləm gedir.

“Barselona”nın “Mançester Yunayted”i 3:1 hesabı ilə məğlub etdiyi Çempionlar Liqasının final oyununda Qvardiolanın üstünə yeridim, lakin “Milan”ın rəhbəri Adriano Qalliani məni dayandırdı”.

Daha çox


Son xəbərlər