Cəbəllütariq millisinin ilk ev zəfəri

Cəbəllütariq millisinin ilk ev zəfəri
XƏBƏR 26 Mart 2018 / 01:50 4150
-  A +

Cəbəllütariq millisi yoxlama oyununda Latviya ilə üz-üzə gəlib.

Qol.az-ın məlumatına görə, matç cırtdan ölkənin 1:0 hesablı qələbəsi ilə tamamlanıb. Qələbə gətirən qolu 88-ci dəqiqədə Valker vurub. Bu, Cəbəllütariq millisinin tarixində ilk ev qələbəsidir.

Ümumilikdə isə komanda bunadək cəmi 1 dəfə qələbə qazanmışdı. 2014-cü ilin iyununda Malta millisi üzərində neytral meydanda 1:0 hesablı qələbə qazanılmışdı.

Qeyd edək ki, geridə qalan 24 oyundan 1-də heç-heçə edən Cəbəllütariq millisi qapısında 117 qol görməklə 23 dəfə uduzmuşdu.

Son xəbərlər