19 yaşlı ukraynalı “İnter”in hədəfində

19 yaşlı ukraynalı “İnter”in hədəfində
XƏBƏR 26 Mart 2018 / 00:21 3748
-  A +

Ukraynanın “Zarya” klubunun qapıçısı Andrey Lunin “İnter”in maraq dairəsinə düşüb.

Qol.az-ın “La Gazzetta della Sport”a istinadən yaydığı xəbərə görə, 19 yaşlı qolkiperi “Yuventus” və “Çelsi”dən sonra “İnter” də heyətində görmək istəyir.

Gənc istedadın çıxışını “Liverpul”, “Uotford”, “Volfsburq”, “Real Soseydad” kimi klublar da yaxından izləyirlər. “İnter” Lunini transfer edərək, İtaliya klublarından birinə icarə verməyi planlaşdırır.

Qeyd edək ki, 19 yaşlı qapıçı Səudiyyə Ərəbəsitanına qarşı yoxlama oyununda (1:1) Ukrayna millisində debüt edib.

Son xəbərlər