"Billiat tezliklə "Qarabağ"ın futbolçusu olacaq" - meneceri

"Billiat tezliklə "Qarabağ"ın futbolçusu olacaq" - meneceri
XƏBƏR 25 Mart 2018 / 23:06 8828
-  A +

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiata daha bir müştəri çıxıb.

Qol.az-ın “citizen.co.za” saytına istinadən yaydığı xəbərə görə, ABŞ-ın “Los Anceles Qalaksi” klubu “Mamelodi Sandaunz”un 28 yaşlı hücumçusunu transfer etmək istəyir. Ancaq iddiaya görə, zimbabveli forvardın yeni mövsümdən Azərbaycanda oynamaq ehtimalı daha yüksəkdir:

“Ölkə xaricindən Billiatla maraqlanan bir neçə klub var. Onlardan biri də “Los Anceles Qalaksi”dir. Billiat növbəti mövsümdən başqa ölkədə çıxış edəcək, Cənubi Afrikada qalmayacaq. Transfer məsələsində “Qarabağ” 1 addım öndədir. Onlar futbolçunun meneceri ilə daim əlaqə saxlayırlar. Danışıqlar müsbət yöndə davam edir. Futbolçunun meneceri deyib ki, Billiat tezliklə “Qarabağ”ın futbolçusu olacaq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner