"Azərbaycan millisindən daha yaxşı komandayıq"

"Azərbaycan millisindən daha yaxşı komandayıq"
XƏBƏR 25 Mart 2018 / 19:51 4151
-  A +

“Artıq 6 gündür Türkiyədəyik. Buradakı hazırlıq prosesindən razıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin üzvü Aleksandr Traykovski deyib. İtaliyanın “Palermo” klubunun formasını geyinən hücumçu federasiyanın rəsmi saytına açıqlamasında millimizlə qarşıdakı oyundan danışıb:

“Biz Türkiyədə həm də Azərbaycanla oyuna hazırlaşırıq. Finalndiyaya qarşı pis oynamadıq. Rəqib meydana daha intizamlı və hazırlıqlı çıxmışdı. Qol vurmaq üçün imkanlarımız oldu, amma istifadə edə bilmədik. Ümid edirəm ki, Azərbaycanla matçda daha yaxşı oynayarıq və sərfəli nəticə əldə edərik. Onlarla oynaya bilərik. Rəqibdən daha yaxşı komandayıq və bunu meydanda da göstərmək istəyirik”.

Qeyd edək ki, Makedoniya – Azərbaycan oyunu martın 27-də Antalyada keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər