"Zirə" "Səbail"i məğlub etdi

"Zirə" "Səbail"i məğlub etdi
XƏBƏR 25 Mart 2018 / 17:40 2490
-  A +

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları yoxlama matçı keçiriblər.

Qol.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə Ayxan Abbasovun komandası 3:1 hesablı qələbə qazanıb. “Zirə”nin heyətində Milan Duriç (15-penalti), Mirsahib Abbasov (69) və Vüsal İskəndərli (75) fərqləniblər.

“Səbail”in yeganə qoluna isə 89-cu dəqiqədə Vüqar Nadirov imza atıb.

Son xəbərlər
08.07.24  20:12

Anelka istefa verdi

08.07.24  09:27

"Liverpul"da ayrılıq