"Kəpəz" məşqləri bərpa etdi

"Kəpəz" məşqləri bərpa etdi
XƏBƏR 25 Mart 2018 / 00:47 1478
-  A +

“Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.

Xatırladaq ki, Gəncə klubu Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər