Ramos üçün yubiley oyunu

Ramos üçün yubiley oyunu
XƏBƏR 24 Mart 2018 / 14:27 3093
-  A +

Almaniya ilə yoxlama oyunu İspaniya millisinin kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qol.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi yığmanın heyətində 150-ci oyununa çıxıb.

1:1 hesablı bərabərliklə bitən görüşdə Ramos 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, İspaniya millisində ən çox oyun keçirən “Portu”nun qapıçısı İker Kasilyasdır. O, 167 dəfə millinin formasını geyinib.

Son xəbərlər