"Ya məni öz mövqeyimdə oynat, ya da ehtiyatda saxla" - Maskerano

"Ya məni öz mövqeyimdə oynat, ya da ehtiyatda saxla" - Maskerano
XƏBƏR 21 Mart 2018 / 22:42 5057
-  A +

Argentina millisinin üzvü Xavyer Maskerano Xorxe Sampaolidən maraqlı xahiş edib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi yığmanın baş məşqçisindən ya onu öz mövqeyində oynatmasını, ya da ehtiyatda saxlamasını istəyib. O, özünü yarımmüdafiənin mərkəzində daha rahat hiss etdiyini bildirib:

"5 nömrə kimi oynamaq istəyirəm. “Barselona”da mənim mövqeyimdə dünyanın ən yaxşı yarımmüdafiəçilərindən olan Serxio Buskets çıxış edirdi. Ona görə də müdafiədə oynamağa məcbur olurdum. Bütün həyatım boyu mərkəz yarımmüdafiəçisi olmuşam. Bu mövqedə özümü daha rahat hiss edirəm. Doğma mövqeyimə qayıtmağın vaxtı çatıb".

Qeyd edək ki, Maskerano hazırda Çinin “Hebey Çayna Forçun” klubunda çıxış edir.

Son xəbərlər
30.06.24  14:50

"Turan Tovuz" onu