Millimizin rəqibi heyətini açıqladı

Millimizin rəqibi heyətini açıqladı
XƏBƏR 15 Mart 2018 / 15:29 2650
-  A +

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə qrup mərhələsində millimizlə qarşılaşacaq Kosovo yığmasının heyəti açıqlanıb.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Rafet Prekazi 24 futbolçuya dəvət göndərib. Onların arasında Almaniyanın “Ayntraxt” (Braunşveyq) və “Hannover” kimi klublarının üzvləri də var.

Kosovo yığmasına çağırılan futbolçuların siyahısını təqdim edirik:

Visar Bekay, Arber Xoça (hər ikisi, “Priştina”, Kosovo), Florian Smakiqi, Albert Dabiqay, Mendurim Xoti, (hamısı “Feronikeli”, Kosovo), Mentor Boroçi (“Hayvaliya”, Kosovo), Ardit Nika, Denis Xaliti (“Drita”, Kosovo), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmaili (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolqeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), Arbenit Cemaili (“Ksamaks”, İsveçrə), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Lapi”, Kosovo), Florent Hasani (“Dyoşqyor”, Macarıstan), İlber Maloku, Muarem Caşari (hər ikisi “Trepça”), Roni Qaşi, Meriton Koreniça (hər ikisi “Liriya”, Kosovo), Ron Broca (“Şkupi”, Makedoniya), Valmir Suleymani (“Hannover”, Almaniya).

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu martın 22-də keçiriləcək.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu