“Yuventus”un qapıçısı Canluici Buffon atdığı alicənab addımla diqqət mərkəzinə düşüb.
Qol.az-ın xəbərinə görə, Florensiyada nəşr olunan “La Nazione” yazıb ki, “Fiorentina”nın 31 yaşında vəfat edən kapitanı Davide Astorinin dəfnində iştirak etmək üçün fədakar hərəkət edib.
Yazıda bildirilib: “Demə, ötən həftə Buffon və “Yuventus”un baş məşqçisi Massilimiano Alleqri Çempionlar Liqasında “Tottenhem” üzərində qələbədən dərhal sonra Davide Astorinin vida mərasiminə çata bilmək üçün Londondan Florensiyaya xüsusi təyyarə reysinin xərcini ödəyiblər.
“Uembli”dəki gözəl qələbədən sonra paltardəyişmə otağına daxil olan Buffon komanda yoldaşlarına deyib: “Sabah Davide ilə vidalaşa bilmək üçün bizi Florensiyaya çatdıracaq xüsusi təyyarə tapmışıq. Kim bizimlə getmək istəyirsə, səhər saat 4:30-da otelin lobbisinə ensin. Amma bugünkü gərgin oyundan sonra yorğun olanları və yatmaq istəyənləri də yaxşı anlayıram”.
Səhər saat 5-in yarısında otelin birinci mərtəbəsinə komandanın, demək olar ki, bütün heyəti toplaşıb. Amma təyyarə kiçik olduğundan Florensiyaya cəmi 9 nəfər uça bilib: Alleqri, Buffon, Kyellini, Pyaniç, Bardzalyi, Benatiya, Markizio, Ruqani və baş məşqçinin köməkçisi Marko Landuççi. Zədəli olduğu üçün Londona yollanmayan Federiko Bernardeski də Florensiyada onlara qoşulub.
Polis “Yuventus”un məşqçilərinə və futbolçularına mərasimin keçirildiyi “Santa-Kroçe” məbədinə arxa qapıdan daxil olmağı təklif etsə də, Buffon bunu qəbul etməyib. Canluici komanda yoldaşlarını da şəhər meydanına gəlməyə, “Yuventus”un ağır gündə Florensiya sakinləri ilə birgə olduqlarını və onları dəstəklədiklərini nümayiş etdirməyə səsləyib”.

“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”