"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 20-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.
- İlk növbədə "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə oyunu rəqibə verdik. Onlar isə iki zərbə vurdu və qol oldu.
- Uğursuzluq sindromunu nə ilə bağlayırsınız?
- Psixoloji cəhətdən ola bilər. Həmişə ikinci hissənin sonlarında qol buraxırıq. Ona görə səhvlər olur.
- Dario Federiko sanki süni meydançada özünü qoruyurdu...
- Dario texnikalı oyunçudur. Rəqib də bunu bildiyi üçün ona yaxın oynayırdı. Ona görə də oyunu alınmadı. Yəni, süni meydança olduğu üçün deyil.
- "Kəpəz"dən kiminsə milliyə çağrılacağını gözləyirsiniz?
- Bəlkə də autsayder olduğumuz üçün heç kimi çağırmaz. Amma bu, Qurban müəllimin səlahiyyətindədir. Özü necə məsləhət bilsə, elə də edəcək (sport24).
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”