"Rəqib sözün yaxşı mənasında məni təəccübləndirdi. "Kəpəz" yaxşı oynadı. Bizə gəlincə, öz oyunumuzu tapa bildik və qələbə qazandıq. Sağ olsun futbolçularımız, əllərindən gələni etdilər. Xoş haldır ki, gözəl komanda yığılıb. Ehtiyatda qalan futbolçular oynayanlardan çox sevinir. Yığmaya gedən oyunçular var. 3-4 günlük istirahətdən sonra yığışacağıq".
Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 20-ci turunda "Kəpəz"i evdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə"nin nəticəsi bəllidi. Ola bilər ki, komanda qələbəni çox istədiyi üçün çətinlik çəkdi?
- Əlbəttə, beynimizdə "hökmən udmalıyıq" fikri olduğuna görə həyəcan, tələskənlik vardı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardım.
- 3-cü pillə komanda üzərində təzyiq yaratmayacaq ki?
- Təzyiq olacağına inanmıram. Futbolçular qarşıya hədəf qoyub. "Qəbələ"nin necə rəqib olduğunu bilirsiniz.
- Rəşad Eyyubov bütün standart vəziyyətlərə özü yaxınlaşırdı. Bu, tapşırıq idi?
- Bunu ona tapşırmamışıq. Sadəcə, dayaq yarımmüdafiəçilərdən çox şey istəyirik (sport24).
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”