“Oyunda ilk qolun vacib rol oynayacağı aydın idi. Təkcə birinci qarşılaşmadakı nəticə yox, cavab matçının xarakteri də bundan xəbər verirdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə evdə “Sevilya”ya 1:2 hesabı ilə uduzuraq, mübarizəni dayandıran “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo deyib. UEFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb:
“İlk dəqiqələrdən aqressiv oynamağa və rəqibi təzyiq altda saxlamağa çalışdıq. Amma qol vura bilmədik. Vaxt keçdikcə isə “Sevilya” topa daha çox nəzarət etməyə başladı və oyunun gedişini öz əlinə aldı. Fərqlənmək üçün 2 yaxşı imkanımız oldu, amma qolları rəqib vurdu. Birinci qol hər şeyi əleyhimizə dəyişdi. İkinci isə qarşıya qoyulan məqsədi mümkünsüz etdi. Amma mən deyə bilmərəm ki, oyunçularım bundan sonra oynamadılar. Bu barədə hər şey qaydasında idi”.
Komandasının müdafiədən oynamadığını bildirən Mourinyo meydana hücumameylli heyət buraxdığını deyib: “Meydanda hücum xəttində çıxış edə bilən çox futbolçu var idi. Linqard və Fellainiyə sərbəst oynamaq imkanı vermişdim. Hər ikisi qol vura bilərdilər. Həddindən artıq ehtiyyatlı oynadığımızı düşünmürəm”.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu