Deputat Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin final oyununda veteran futbolçulardan yararlanmaq məsələsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
O, “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, oyun zamanı əsasən iki veteran futbolçudan istifadə olunub: “Onlar da müqavilə ilə Milli Məclisdə işləyirlər. Belə ki, müqavilə yolu ilə texniki işçi kimi parlamentdə işə götürüldüyündən həmin şəxslər Milli Məclisin kontingentinə daxil edilirlər.
Mən oyun zamanı peşəkar futbolçu kimi Hüseyn Məhəmmədov və Musa Qurbanovu görmüşəm. Qalanları isə tanımıram. Açığı desəm, aparat işçilərini elə də yaxından tanımıram, ancaq parlamentdə texniki işçi kimi işlədiklərini görmüşəm. Əvvəlcədən də qarşı tərəfə məsələ bildirilərək siyahı təqdim olunmuşdu. Ukrayna tərəfində oynayanların da hamısı deputat deyildi. İçində keçmiş deputatlar və oyunçular da var idi. Belə oyunçular parlamentin aparatında müqavilə ilə işləyirlərsə, problem yaranmır. Keçən dəfə Türkiyədə oynayanda da eyni heyət idi. Türkiyənin özü də siyahı barədə əvvəlcədən bizə bildirmişdi. Onların da hamısı deputatlar deyildi”.
F.Mustafa vurğulayıb ki, oyunların maraqlı olması üçün belə addım atılır: “Nəzərə alsaq ki, bu oyunlar xüsusi həlledici əhəmiyyət daşımır. Deputatlar peşəkar futbolçu deyillər. Böyük meydançada futbol oynamaq da elə asan məsələ deyil. Milli Məclisdə 7-8 deputat var ki, onlar futbol oynaya bilirlər. Bu heyətlə mini futbol oynamaq mümkündür. Ancaq böyük meydança olanda problem yaradır. 90 dəqiqə meydanda oynamağa hamının gücü çatmır. Buna görə də, müəyyən müddətdən sonra oyunçuların əvəzlənməsi məsələsi nəzərdə tutulur.
Ancaq prinsipcə mən konkret olaraq meydanda deputatların oynaması barədə razılığa gəlinməli olduğunu düşünürəm. O zaman bu formata mini futbol uyğun gəlir. Türkiyə parlametində 500 üzv var. Onlardan 11 nəfər üzvü meydana çıxartmaq mümkündür. Bizdə 125 nəfərin içindən qadın və yaşlıları çıxanda 7-8 nəfər futbol oynayan qalır. Ona görə də 7-8 nəfərlə mini futbol turnirlərini keçirmək doğru seçim olardı. Final oyununda Ukraynadan gələn 3-4 nəfər aparat işçisi var idi ki, onlar peşəkar futbolçu idilər. Onların yaşı da 25-27 arası idi. Bizdə isə əsasən futbolçu yaşı 40-45 yaş arası idi. Onların sürəti ilə 40 yaşındakının sürəti eyni deyil”.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər