“Qarabağ” ardıcıl 7 oyundur evdə qol buraxmır.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun komandası sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar.
Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə”ylə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.
Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.
Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdür uduzmur.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki