Topaz Premyer Liqasında 2017/2018 mövsümünün arxada qalan 19 turu ərzində "Sumqayıt" komandasının 8 ev oyununu ümumilikdə 10 min 578 tamaşaçı tribunadan izləyib.
Qol.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Gənclik şəhəri təmsilçisi bu görüşlərdə 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Ümumilikdə isə Samir Abasovun baş məşqçi olduğu kollektiv 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
"Sumqayıt" klubu bütün azarkeşlərə komandanı tək buraxmadıqları üçün təşəkkür edir və martın 14-də "Kəpəz"lə keçirəcəkləri XX tur matçına onları dəvət edir. Görüş saat 20:00-da başlanacaq.
"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:
1. "Sumqayıt” FK – "Kəpəz” - 2:1 (1326 azarkeş)
2. "Sumqayıt” FK – "Neftçi” - 1:0 (1500 azarkeş)
3. "Sumqayıt” FK – "Qəbələ” 0:1 (1300 azarkeş)
4. "Sumqayıt” FK – "Zirə” - 2:1 (1300 azarkeş)
5. "Sumqayıt” FK – "Keşlə” - 3:1 (1200 azarkeş)
6. "Sumqayıt” FK – "Səbail” - 0:0 (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" - 2:0 (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" - 1:0 (1326 azarkeş)
Qeyd edək ki, "Sumqayıt"ın əksər oyunlarında tribuna tam dolduğundan, azarkeşlər oyunları hasar arxasından ayaq üstə izləyirlər.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki