"Mançester Yunayted"dən 80 milyonluq təklif

"Mançester Yunayted"dən 80 milyonluq təklif
XƏBƏR 11 Mart 2018 / 14:51 5212
-  A +

“Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Aleks Sandro ilə bağlı Turin klubuna növbəti təklif göndərməyə hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Mançester klubunun rəhbərliyi Sandronun özünə isə “Yuventus”da qazandığı maaşın 2 qatını təklif edəcək.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildən “Yuventus”da çıxış edir.

Son xəbərlər