"Real"a Emeri yox, PSJ uduzub" - Mbappe

"Real"a Emeri yox, PSJ uduzub" - Mbappe
XƏBƏR 11 Mart 2018 / 13:56 4758
-  A +

"Başa düşürəm, azarkeşlər narazıdırlar. Amma nəticəyə görə təkcə baş məşqçi məsuliyyət daşımır".

Qol.az-ın məlumatına görə, bu sözləri PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının son turunda “Mets” üzərində 5:0 hesablı qələbədən sonra “L`Quipe” nəşrinə açıqlamasında deyib. Komandanın baş məşqçisi Unay Emerinin azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirən futbolçu ispan mütəxəssisi müdafiə edib:

“Əgər baş məşqçini fitə basırlarsa, gərək, bütün komandaya qarşı eyni hərəkəti etsinlər. Çünki nəticəyə hamımız cavabdehik. “Real”a Emeri yox, PSJ uduzub. Meydana biz çıxırıq. Ona görə də futolçuları fitə basmaq lazımdır”.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda “Real”a uduzaraq (1:3 və 1:2) turnirdə mübarizəni dayandırıb.

Son xəbərlər