Topaz Premyer Liqanın 19-cu turu “Qəbələ” üçün əlamətdar olub.
Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qələbəsini qazanıb. Yubiley “Kəpəz”lə Gəncədəki görüşə təsadüf edib. 1:0 hesablı qələbə Premyer Liqadakı 355-ci matçda qeydə alınıb. Bu qələbələrdən 84-ü ev, 66-sı səfər qarşılaşmalarında qazanılıb.
“Qəbələ”nin Premyer Liqadakı əlamətdar qələbələri
1-ci qələbə
2006/07 mövsümü. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1
50-ci qələbə
2010/11 mövsümü. 19.05.2011. “Qəbələ” – “Muğan” (Salyan) - 2:1
100-cü qələbə
2014/15 mövsümü. 28.02.2015. “Qarabağ” (Ağdam) – “Qəbələ” - 0:1
150-ci qələbə
2017/18 mövsümü. 09.03.2018. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 0:1
Qələbə qolunun müəllifi olan Filip Ozobiç Premyer Liqada 15-ci qolunu vurub. O, bu göstəricidə Daniel Subotiç və Deon Bartona çatıb. Bu “üçlük” klubumuzun çempionatdakı bombardirləri siyahısında 5-ci yerə şərikdir. Onlar Viktor Mendi (29), Dodo (23), Baqali Dabo (18) və Yannik Kamanandan (16) geri qalırlar.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki