İspaniya La Liqasının son turunun “Eybar” – “Real” matçında maraqlı hadisə yaşanıb.
Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, oyunun 73-cü dəqiqəsində hesab 1:1 olarkən “kral klubu”nun kapitanı Serxio Ramos baş hakimə yaxınlaşıb nəsə dedikdən sonra tribunanın altında yerləşən otağa qaçıb. Təcrübəli müdafiəçi 5 dəqiqə sonra isə yenidən meydana qayıdıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan Ramosun niyə belə etməsinin səbəbini açıqlayıb: “Ramosun qarnı ağrıyırdı. Təcili tualetə getməli idi”.
Maraqlıdır ki, futbolçu özü də şəxsi “Twitter” hesabında Zidanın dediklərini təsdiqləyib: “Bu, təbiətin çağırışıdır. Getdim, enerji yığıb qayıtdım. Bundan sonra qol vurduq. Artıq evə getmək vaxtıdır. Sükanı belə saxlamalıyıq”.
Qeyd edək ki, “Eybar” – “Real” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”