Alaba Bundesliqanın tarixinə düşdü

 Alaba Bundesliqanın tarixinə düşdü
XƏBƏR 11 Mart 2018 / 01:06 3936
-  A +

“Bavariya” Bundesliqanın 26-cı turunda “Hamburq”u 2:1 hesabı ilə məğlub edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu qələbə matçı əvəzolunmadan keçirən David Alaba üçün əlamətdar olub. Belə ki, Münhen klubunun sol cinah müdafiəçisi Bundesliqada 150-ci qələbəsini qazanıb ki, o, bu göstəriciyə çatan ən gənc futbolçu kimi tarixə düşüb.

25 yaş 8 aylıq olan Alaba “Bavariya”nın sabiq müdafiəçisi Hans-Georg Şvartsnbekin rekordunu (26 yaş, 1 ay) yeniləyib.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

topaz banner