Ufuk Budak yenidən millimizdə

Ufuk Budak yenidən millimizdə
XƏBƏR 10 Mart 2018 / 11:39 4990
-  A +

"Samsunspor"un müdafiəçisi Ufuk Budak yenidən millimizə dəvət alıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, milliləşdirilmiş futbolçu yığmamızın martın 23-də Belarus, 27-də isə Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılıb. Budakın Türkiyə 1-ci liqasının qarşıdakı turunun “Boluspor”la oyunundan sonra Azərbaycan millisinin düşərgəsinə yollanacağı qeyd olunub.

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov ötən həftə Budakın oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu qardaş ölkəyə göndərmişdi.

Son xəbərlər
topaz banner