"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması

"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması
XƏBƏR 10 Mart 2018 / 10:35 7256
-  A +

"Çelsi" ilə oyunu düşünmürük. Bu dəfə Çempionlar Liqası öncəsi istirahət üçün vaxtımız daha çox olacaq. İndi əsas hədəfimiz “Malaqa” ilə qarşıdakı matçda diqqətli oynamaqdır”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Velverde deyib. La Liqanın 28-ci turunun “Malaqa” ilə oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran mütəxəssis PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna qayıtmaq istəməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Malaqa”ya xal lazımdır. Ona görə də qol vurmağa çalışacaqlar. Bu görüşdə İnyestanı Koutinyo və ya Andre Qomeş əvəzləyəcək. O ki qaldı Neymarın “Barselona”ya qayıtmasına, fərziyyələr haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, “Malaqa” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Son xəbərlər
topaz banner