"Komandamızda təcrübəsizlik sözünü dedi" - Yunis Hüseynov

"Komandamızda təcrübəsizlik sözünü dedi" -  Yunis Hüseynov
XƏBƏR 10 Mart 2018 / 00:01 2852
-  A +

“Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 19-cu turunda evdə “Qəbələ”yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfrasnında deyib.

O, məğluibyyəti belə şərh edib: “Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündür. Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.

Son xəbərlər
topaz banner