Məşhur karikaturaçıdan millimizlə bağlı növbəti əsər - Şəkil

Məşhur karikaturaçıdan millimizlə bağlı növbəti əsər - Şəkil
XƏBƏR 9 Mart 2018 / 18:01 5320
-  A +

İordaniyalı tanınmış karikaturaçı-rəssam Omar Momani Azərbaycan futbolundan bəhs edən növbəti əsərini hazırlayıb.

Qol.az-ın məlumatına görə, milli komandamızın Millətlər Liqasındakı çıxışına həsr olunan fotoda yığmanın baş məşqçisi Qurban Qurbanov, futbolçular - Dmitri Nazarov, Ramil Şeydayev və Qara Qarayevin karikaturaları və rəqiblərimizin (Kosovo, Malta və Farer adaları) bayraqları təsvir olunub. Fotoya aid mətndə isə bu cümlələr yazılıb:

"Niyə də yox?! yaxşı şüar idi. Bəs Azərbaycanın Millətlər Liqasındakı şüarı necə olacaq?".


Son xəbərlər
topaz banner