Ronaldodan "poker"

Ronaldodan "poker"
XƏBƏR 9 Mart 2018 / 16:41 8135
-  A +

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Real"ın hücumçusu Kriştiano Ronaldo yenə bütün rəqiblərini qabaqlayıb. Portuqaliyalı futbolçu ÇL-in cari mövsümündə 4-cü dəfə bu ada layiq görülüb.

Qeyd edək ki, "Real"ın Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində PSJ-ni 2:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vuran Ronaldo komandasının mərhələ adlamasında əsas pay sahibi olmuşdu.

Son xəbərlər
topaz banner