"Bavariya"da yeni müqavilə

"Bavariya"da yeni müqavilə
XƏBƏR 9 Mart 2018 / 14:57 2187
-  A +

"Bavariya" Coşua Kimmixin müqaviləsini yeniləyib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni anlaşmaya əsasən, 23 yaşlı müdafiəçi 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin şərəfini qoruyacaq. Almaniya millisinin də şərəfini qoruyan futbolçunun əvvəlki müqaviləsi 2020-ci ilin iyun ayında başa çatmalı idi.

Qeyd edək ki, Kimmix "Bavariya"ya 2015-ci ildə 8,5 milyon avro müqabilində "Leypziq" klubundan transfer olunub.

Son xəbərlər
topaz banner