Buffon fikrini dəyişdi - karyerasını bitirir

Buffon fikrini dəyişdi - karyerasını bitirir
XƏBƏR 9 Mart 2018 / 13:19 4596
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon karyerası ilə bağlı vacib qərar qəbul edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 40 yaşlı qolkiper mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb. İtaliya millisinin sabiq üzvü bir müddət öncə daha bir il oynamaq istədiyini söyləsə də, karyerasını davam etdirmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon Turin klubunun heyətində 454 oyun keçirib. Təcrübəli qolkiper 140 dəfə isə İtaliya millisinin formasını geyinib.

Son xəbərlər
topaz banner