Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord
XƏBƏR 9 Mart 2018 / 10:00 4417
-  A +

“Mançester Siti” Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, “şəhərlilər” bir oyundakı ötürmələrin sayına görə rekord göstərici ilə yadda qalıb.

Xosep Qvardiolanın komandası ÇL-in 1/8 final mərhələsinin “Bazel”lə cavab oyununda 978 ötürmə edib ki, bu da turnirdə yeni göstəricidir.

Qeyd edək ki,  “Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda “Çelsi” ilə oyunda da 902 ötürmə ilə ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.

Son xəbərlər
topaz banner