Di Mariya "İnter"in hədəfində

Di Mariya "İnter"in hədəfində
XƏBƏR 8 Mart 2018 / 20:00 3352
-  A +

İtaliyanın “İnter” klubu PSJ-nin futbolçusu Anxel di Mariyanı transfer etmək istəyir.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi Çempionlar Liqasında iştirak edəcəyi təqdirdə argentinalı yarımmüdafiəçini heyətinə cəlb edəcək.

Hazırda komanda 51 xalla A Seriyasında 5-ci yerdədir.

Qeyd edək ki, Di Mariya bu mövsüm PSJ-nin heyətində 34 oyuna 17 qol vurub və 15 məhsuldar ötürmə edib.

Son xəbərlər
topaz banner