FİFA-dan "Trabzonspor"a transfer qadağası

FİFA-dan "Trabzonspor"a transfer qadağası
XƏBƏR 8 Mart 2018 / 18:55 4205
-  A +

FIFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb.

Qol.az-ın “Hürriyet”ə istinadən yaydığı xəbərə görə, Trabzon təmsilçisi transfer zamanı qaydanı pozub.

Matuş Beronun transferi zamanı Macarıstanın "Debretsen" klubuna vaxtında ödəmə etmədiyi üçün Superliqa klubu yay transfer dönəmində heyətini gücləndirə bilməyəcək.

Qeyd edək ki, millimizin üzvü və hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

Son xəbərlər
topaz banner