"Qəbələ"nin "Kəpəz"lə 19-cu dueli

"Qəbələ"nin "Kəpəz"lə 19-cu dueli
XƏBƏR 8 Mart 2018 / 00:55 2169
-  A +

Martın 9-da Topaz Premyer Liqasında XIX tura start veriləcək.

Qol.az-ın xəbərinə görə, turun ilk qarşılaşması Gəncədə keçiriləcək.

“Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma rəqiblərin 19-cu dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 18 dəfə görüşüb.

İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 7 qələbə qazanıb. 5 dəfə heç-heçə edən komanda 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədir - 21:17. 10-cu dəfə “Kəpəz”in meydanında oynayacaq “Qəbələ” səfərdə 2 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 4 dəfə meydanı xalsız tərk edib. Rəqib meydanında 10 qolu olan "qırmızı-qaralar" öz qapısından 11 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodur. Onun hesabında 3 qol var. Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib (gabalafc.az).


Son xəbərlər
topaz banner