Patrik Klyuvertin oğlu Hollandiya millisində

Patrik Klyuvertin oğlu Hollandiya millisində
XƏBƏR 7 Mart 2018 / 22:33 3661
-  A +

Hollandiya millisinin heyəti açıqlanıb.

Qol.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Ronald Kuman 33 futbolçuya dəvət göndərib. Onların arasında keçmiş hollandiyalı futbolçu Patrik Klyuvertin oğlu Castin Klyuvert də var. 18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkənin əsas millisinə dəvət alıb.

Qeyd edək ki, Castin martın 23-də İngiltərə və ya 26-da Portuqaliya ilə yoldaşlıq oyunlarından birində meydana çıxsa, yığmadakı debütünü atası kimi 18 yaşında gerçəkləşdirəcək.

Son xəbərlər
topaz banner