Berezutski qardaşları milli karyeralarını bitirdi

Berezutski qardaşları milli karyeralarını bitirdi
XƏBƏR 7 Mart 2018 / 20:53 3403
-  A +

Rusiyanın tanınmış futbolçuları Vasili və Aleksey Berezutski qardaşları millidəki karyeralarını başa vurublar.

Qol.az-ın “Sport-Ekspress” nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə V. Berezutski özü məlumat verib. O, bildirib ki, səhhətləri ilə bağlı bu cür qərar qəbul ediblər:

"Xatırlayırsınızsa, ötən il Rusiya millisində çıxışımı başa vurmaqla bağlı qərar qəbul etmişdim. Amma həmin vaxt yığmanın baş məşqçisi Stanislav Çerçesovun məsləhətindən sonra fikrimi dəyişdim. Dünya çempionatının başlamasına 3 ay qalmasına baxmayaraq, qardaşım və mən millidəki karyeramızı başa vururuq. Əvvəl də dediyim kimi, hər zaman yığmanın düşərgəsinə məmnuniyyətlə gəlmişəm. Amma sağlamlıqla bağlı hazırkı vəziyyət bizə başqa seçim imkanı buraxmır”.

Qeyd edək ki, V. Berezutski millidə 101, A. Berezutski isə 58 oyun keçirib. Hər iki futbolçu hazırda Moskva MOİK-inin şərəfini qoruyur.

Son xəbərlər
topaz banner