"Qarşımızda çox vacib il və Millətlər Liqasında çıxış kimi məsuliyyətli iş durur".
Qol.az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Angelovski ölkəsinin futbol federasiyasının rəsmi saytına açıqlamasında deyib. Martın sonlarında keçirəcəyi yoxlama görüşləri üçün yığmanın heyətini açıqlayan mütəxəssis qarşıdakı oyunlara eksperiment kimi baxmadığını bildirib:
"Heyətlə bağlı elə ciddi dəyişiklik yoxdur. Düşünürəm ki, eksperiment aparmaq vaxtı deyil. 2017-ci il bizim üçün yaxşı oldu. Dəvət olunan futbolçuların hamısından razıyam. Yaxşı olanı dəyişmək lazım deyil. Millətlər Liqasında böyük şansımız var. Qrupda ilk pilləni tutmaq istəyirik. Yığmaya çağırdığım bütün futbolçuların çıxışını izləyirəm”.
Qeyd edək ki, Makedoniya millisi martın 23-də Finlandiya, 27-də isə yığmamızla yoldaşlıq görüşü keçirəcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat