Şehiçin komandası Türkiyə və İspaniya ilə qarşılaşacaq

Şehiçin komandası Türkiyə və İspaniya ilə qarşılaşacaq
XƏBƏR 7 Mart 2018 / 16:55 2085
-  A +

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Herseqovina millisinin yoldaşlıq oyunu keçirəcəyi daha iki komanda müəyyənləşib.

Qol.az-ın Bosniya və Herseqovina Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, komanda oktyabrın 11-də Türkiyə, noyabrın 18-də isə İspaniya yığması ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

Xatırladaq ki, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Balkan təmsilçisi martın 23-də Bolqarıstan, 4 gün sonra isə Seneqalla yoxlama oyunu keçirəcək. Şehiç bu oyunlara dəvət alıb.

Son xəbərlər
topaz banner