“Araz” 100-ə çatdı

“Araz” 100-ə çatdı
XƏBƏR 7 Mart 2018 / 00:36 2697
-  A +

Futzal üzrə Yüksək Liqada növbəti qələbəsini qazanan “Araz” yubiley qoluna imza atıb.

Qol.az-ın Futzal Federasiyasının Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, Naxçıvan klubu bu gün cari mövsümdəki 100-cü qolunu vurub.

XIX turun son matçında “Marafon Futsal”la qarşılaşan lider buna qədər rəqib qapılarına 95 dəfə yol tapmışdı.

Xətai Bağırovun 30-cu dəqiqədə vurduğu qol “Araz”ın 100-cü qolu olub.

Qeyd edək ki, 6:1-lik qələbə qazanan Joze Alesionun komandası 46 xalla turnir cədvəlinin vahid lideridir.

Son xəbərlər
topaz banner