“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bazel”ə qarşı keçirəcəkləri görüşdən danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis ilk görüşdəki 4:0 hesablı qələbədən sonra mərhələni böyük ölçüdə adladıqlarını, lakin diqqəti əldən verməməli olduqlarını söyləyib:
“Bu. Çempionlar Liqasıdı və hər oyun xüsusi əhəmiyyət daşıyır. Diqqəti heç bir halda əldən vermək olmaz. Futbolda hər şey mümkündür. “Arsenal”ın Avroliqada “Ostersund”la görüşdəki yenilgisini xatırlayın.
Bəli, biz praktiki olaraq 1/4 finalay yüksəlmişik. Lakin sakitliyimizi qorumalıyıq. Çempionar Liqasının qalibi olmağı hər kəs istəyir. Hazırda “Mançester Siti” tarixində ikinci dəfə ÇL-də 1/4 finala yüksəlməyə yaxındır.
Məndən tez-tez turnirin favoriti olub-olmadığımızı soruşurlar. Hələ “Barselona”nın səviyyəsinə çatmamışıq. Katalonlar son 15 ildə Avropada dominantlıq edirlər. Biz isə cəmi 1 kubok qazanmışıq. Hər zaman “Barselona” ilə müqayisə olunmaq üçün bu cür də çıxışımızı davam etdirməliyik”.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi