Oyun zamanı futbolçunu ildırım vurdu

Oyun zamanı futbolçunu ildırım vurdu
XƏBƏR 6 Mart 2018 / 18:53 4561
-  A +

Cənubi Afrika Respublikası çempionatında bədbəxt hadisə yaşanıb.

Qol.az-ın xəbərinə görə, Superliqanın son turunda keçirilən “Maritsburq Yunayted” - “Arsenal” oyununda meydan sahiblərinin hücumçusu Luyanda Ntşanqaseni ildırım vurub.

21 yaşlı oyunçu komadadır. Komandanın baş məşqçisi Fadlu Davids yerli mətbuata açıqlamasında futbolçunun reanimasiyada olduğunu bildirib. Gənc futbolçunun vəziyyəti ağırdır.

Qeyd edək ki, ildırım vurmasından “Arsenal”ın da 3 futbolçusu zərər çəksə də, onların durumu yaxşıdır.

Daha çox


Son xəbərlər